Bu ölkənin dövlət qurumlarında "Apple" cihazlarından istifadə qadağan edilib | Banco.az

Bu ölkənin dövlət qurumlarında "Apple" cihazlarından istifadə qadağan edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya dövlət qurumlarında “Apple” cihazlarınından istifadəni qadağan edib.

Banco.az xəbər verir ki, Rusiya hökuməti rəsmi dövlət qurumlarında çalışanların Apple cihazlarından istifadəsinə qadağa qoyub.

Bu qərar Ticarət Nazirliyi tərəfindən 17 iyun tarixindən etibarən icra edilməkdədir.

Bununla belə, bəzi hallarda səlahiyyətli orqanlar işgüzar yazışmaları açmamaq şərti ilə bu cihazlardan şəxsi istifadə üçün istifadə etməyə davam edə biləcəklər.

Qeyd edək ki, ötən fevralda Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara Apple Pay-a girişin bloklanması da daxil idi. “Apple” daha sonra Rusiyada məhsul satışını da dayandırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et