Müəllif - Aida İsaq, Banco.az
Kuba bankları “Mir” ödəniş sisteminin kartlarını qəbul etməyə başlayıb.
Banco.az xəbər verir ki, məlumata görə, müştərilər hazırda “Mir” kartlarında olan vəsaitlərini nağdlaşdıra bilər. Müvafiq vəsaitlər Kuba pesosu ilə təqdim olunur. ATM-dən nağdlaşdırılma zamanı rublun Kuba pesosu üzrə təxmini məzənnəsi əməliyyat üçün komissiya nəzərə alınmadan müvafiq olaraq 1 ilə 1,5 arasında dəyişir.
Qeyd edək ki, hazırda “Mir” kartları Abxaziya, Ermənistan, Belarusiya, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Koreya və Cənubi Osetiyada keçərlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!