Bu ölkələr Pakistan iqtisadiyyatını dirçəltmək üçün vəsait ayıracaq | Banco.az

Bu ölkələr Pakistan iqtisadiyyatını dirçəltmək üçün vəsait ayıracaq

Müəllif - Aida İsaq, Banco.az

Çin və Səudiyyə Ərəbistanı 2022-2023-cü maliyyə ilində İslam Respublikasının iqtisadiyyatını dəstəkləmək üçün Pakistana əlavə 13 milyard dollar vəsait ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Pakistanın maliyyə naziri İshaq Dara məlumat yayıb.

Onun sözlərinə görə, baş nazir Şahbaz Şərif Çin və Səudiyyə Ərəbistanına səfərləri zamanı hər iki ölkənin hakimiyyət orqanları ilə 2023-cü ilin iyun ayına kimi Pakistanın maliyyə ehtiyaclarını qarşılamaqla bağlı razılığa gəlib. Məlumata görə, İslamabada çatdırılması planlaşdırılan maliyyə paketinə 13 milyard dollarlıq əlavə vəsaitin ayrılması, dövlət kreditlərində əmanətlərin müddətinin uzadılması, İslam Respublikasının hökumət və kommersiya kreditləri üzrə ödənişlərinin təxirə salınması daxildir. Eyni zamanda Pekin 8,8 milyard dollar, Ər-Riyad isə 4,2 milyard dollar məbləğində vəsait ayırmağı planlayır.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə maliyyə resurslarının cəlb olunması İslam Respublikası iqtisadiyyatının yükünü azaldaraq valyuta ehtiyatlarının gücləndirilməsinə dəstək olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et