Bu ölkədəki 5 milyard dollarlıq daşınmaz əmlak layihəsi ilə Ay yerə enir | Banco.az

Bu ölkədəki 5 milyard dollarlıq daşınmaz əmlak layihəsi ilə Ay yerə enir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dubaydakı 5 milyard dollarlıq yeni daşınmaz əmlak layihəsi ilə Ay yerə enir.

Banco.az xəbər verir ki, Kanadalı sahibkar Maykl Henderson hazırda dünyanın ən hündür binasının və digər qeyri-adi memarlıq abidələrinin yerləşdiyi Dubayda 30 metr hündürlüyündə olan bir binanın üstündə Ayın 274 metrlik surətini qurmağı planlaşdırdığını açıqlayıb.

Dubayda artıq koronavirus pandemiyası zamanı öz ölkələrində tətbiq edilən məhdudiyyətlərdən qaçan varlıların və Moskvanın Ukraynaya qarşı müharibəsi zamanı sığınacaq istəyən rusların yaratdığı rəqabət yönümlü daşınmaz əmlak bazarına sahibdir. Odur ki, Henderson həmtəsisçisi olduğu “Moon World Resorts Inc.” tərəfindən maliyyələşdirilən AY adlandırılan daşınmaz əmlak layihəsinə müştəri tapmağın çətin olmayacağını düşünür.

Qeyd edək ki, sözügedən AY layihəsinə qlobal memarlıq strukturunun içərisində 4 min otaqlı otel, 10 min nəfəri qəbul edə biləcək arena və qonaqlara həqiqətən Ayda gəzirmiş kimi hiss etdirəcək “Ay koloniyası” ilə tamamlanan obyekt yerləşir. AY altındakı postamentə bənzər dairəvi binanın üzərində oturacaq və gecələr parlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et