Bu ölkədə yerli bankların bütün səhmlərinin xarici investorlara satılmasına razılıq verildi | Banco.az

Bu ölkədə yerli bankların bütün səhmlərinin xarici investorlara satılmasına razılıq verildi

Tamara Mustafayeva, Banco.az

Qətər hökuməti ölkədə fəaliyyət göstərən 4 yerli bankın bütün səhmlərinin xarici investorlara satılmasına razılıq verib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Qətərin rəsmi xəbər agentliyi "QNA"a görə, Nazirlər Kabinetdən bəyan edilən yazılı açıqlamada sözügedən razılığın Qatar National Bank Group, Qatar Islamic Bank, Commercial Bank və Masraf Al Rayan-a şamil edildiyi bildirilib.

Bununla da, daha əvvəl 49%-lə məhdudlaşdırılan xarici səhmdar nisbəti yeni qərarla 100%-ə çatdırılıb.

Qeyd edək ki, Qətərdə xaricilər üçün mülkiyyət imkanlarının artırılması ölkəyə qeyri-neft sektoru üzrə xarici sərmayənin cəlb edilməsi və iqtisadiyyatda çeşidlilik yaratma cəhdləri kimi dəyərləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et