Bu ölkədə supermarketlər bahalaşmaya qarşı belə tədbir gördü | Banco.az

Bu ölkədə supermarketlər bahalaşmaya qarşı belə tədbir gördü

Tamara Mustafayeva, Banco.az

ABŞ-da supermarketlər xərcləri azaltmaq üçün dondurulmuş ətdən şəkər tozunadək bir çox qida məhsulundan ehtiyat yığmağa başlayıblar.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikanın bəzi yerlərində fəaliyyət göstərən supermarketlər tələbin yüksək olması səbəbindən piştaxtaları doldurmaq üçün bir çox qida məhsulunun tədarükünə başladıqlarını açıqlayıblar.

"Jefferies and NielsenIQ"in məlumatına görə, ABŞ-da market satışları 19 iyun tarixində başa çatan müddət üzrə 2 il əvvələ nəzərən 15%, ötən ilə nəzərən isə 0,5% artım göstərib.

Qeyd edək ki, market direktorları hazırda daşınma xərcləri, işçilərin işə qəbulu üzrə təzyiqlər kimi səbəblərdən qida tədarükündəki sıxlığa diqqət çəkməklə ehtiyat toplamağın da, özlüyündə qida tədarükü üçün çətinlik yaradacağını bildiriblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram