Tamara Mustafayeva, Banco.az
Finlandiyada rəqəmsal reklam lövhələrini mobil telefonlar üçün dezinfeksiya mərkəzlərinə çevirən innovativ bir layihə həyata keçirilib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Skandinaviyanın Terveystalo adlı səhiyyə şirkəti ilə TBWA\Helsinki reklam agentliyinin əməkdaşlığı çərçivəsində hazırlanan bu dezinfeksiya terminalları ultra-bənövşəyi şüa texnologiyasında istifadə edilməklə mobil telefonları 15 saniyə ərzində təmizləyir.
Finlandiyanın Helsinki və Turku şəhərlərindəki alış-veriş mərkəzlərində yerləşdirilən bu rəqəmsal reklam lövhələrinə smartfonları virusdan təmizləyən bir bölmə əlavə edilib və bununla da reklam lövhələri dezinfeksiyaedici terminallara çevrilib.
Qeyd edək ki, koronavirusun smartfon ekranlarında dörd həftəyədək aktiv halda qaldığı fərz edilir və telefonları dezinfeksiya etmək üçün hazırda mövcud olan həll yolları 15 dəqiqəyədək davam edir. Odur ki, bu terminal layihəsi sözügedən problemi həll etmək məqsədilə həyata keçirilib.
Həmçinin oxu: Bu ölkədə Covid-19 səbəbilə yenidən FÖVQƏLADƏ HAL elan edildi
Bizi sosial şəbəkələrdən izləyin!!