Tamara Mustafayeva, Banco.az
İspaniyada Covid-19 səbəbilə ikinci dəfə ölkə miqyasında fövqəladə hal elan olunub.
Yeni növ koronavirus pandemiyasında 1 milyonu üstələyən xəstə sayında hər gün daha da artım yaşandığı İspaniyada solçu koalisiya hökuməti Kanar Adaları istisna olmaqla ölkə daxilində fövqəladə hal elan edib.
Baş nazir Pedro Sançezin rəhbərliyi altında növbədən kənar iclas keçirən Nazirlər Kabineti Covid-19 tədbirləri çərçivəsində gecə küçəyə çıxma qadağası başda olmaqla bir sıra digər vacib tədbirləri özündə ehtiva edən Fövqəladə Hal qərarı qəbul edib.
Qeyd edək ki, İspaniyada hüquqi baxımdan Nazirlər Kabineti tərəfindən qəbul edilən Fövqəladə Hal qərarı 15 gün ərzində qüvvədə qala bilər, müddətin uzadılması üçün isə məclis razılıq verməlidir.
Baş nazir Pedro Sançez isə hökumətin planının Fövqəladə Hal qərarını təqribən 6 ay uzatmaq olduğunu açıqlayaraq, "Fövqəladə Hal-ın 9 may tarixinədək uzadılması üçün məclisə müraicət edəcəyik.", deyə bildirib.
Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?
Bizi sosial şəbəkələrdən izləyin!!