Bu ölkədə mənzil qiymətləri əhalinin gəlirləri ilə müqayisədə daha çox artıb | Banco.az

Bu ölkədə mənzil qiymətləri əhalinin gəlirləri ilə müqayisədə daha çox artıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada mənzil qiymətləri əhalinin gəlirləri ilə müqayisədə daha çox artıb. 

Banco.az xəbər verir ki, bunu Rusiya Bankının bank tənzimlənməsi və analitika departamentinin direktoru Aleksandr Danilov bildirib. Onun sözlərinə görə, ilkin və təkrar bazarda mənzil qiymətləri kifayət qədər kəskin şəkildə bir-birindən fərqlənib. Ekspertin fikrincə, 2019-cu ildə ilkin bazarda mənzil almaq üçün orta hesabla altı il qənaət etmək lazım idi. Artıq bu rəqəm səkkiz ilə qədər artıb. Yəni əhali üçün əlçatanlıq səviyyəsi aşağı düşməyə başlayıb. 

Rusiyanın tikinti, mənzil və kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişin bir sıra tikinti materiallarının maya dəyərinin artması fonunda mənzil qiymətlərində ucuzlaşmanın gözlənilmədiyini bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram