Müəllif:Ayşən İmanova/Banco.az
Amsterdam höküməti kütləvi turizmlə mübarizə çərçivəsində şəhər daxilində yeni otellərin tikintisini qadağan edib. Bu tədbirin “şəhəri sakinlər və qonaqlar üçün yaşayışa əlverişli saxlamaq” istəyindən irəli gəldiyi bildirilib.
Banco.az xəbər verir ki, yeni otelin tikilməsi yalnız köhnə otellərdən biri bağlanarsa, yeni otel daha yaxşı, məsələn, daha müasir və ya ekoloji cəhətdən təmiz olarsa mümkün olacaq.
Qeyd edək ki, bundan əvvəl şəhər rəhbərliyi turist vergisini otel otağının qiymətinin 12,5%-nə qədər artırmaq niyyətində olduğunu açıqlayıb Yerli administrasiya ümid edir ki, bu cür tədbirlər “turist axını” ilə mübarizədə kömək edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!