Müəllif - Aida İsaq, Banco.az
Ruslar yeni işə başlamağın onlar üçün çətin olduğunu bildirib. Belə ki, "Sberbank" və "Rabota.ru"nun araşdırmasında iştirak edən şəxslərin cavablarına görə, onlar yeni vəzifələrin öhdəsindən gələ bilməyəcəklərindən qorxurlar. Banco.az xəbər verir ki, sorğuda Rusiyanın 355 müəssisəsinin əməkdaşları iştirak edib.
Bununla yanaşı, iştirakçıların 46 faizi real qazancın vəd ediləndən az olacağından narahatdır. Xüsusilə insanlar arasında satış sahəsinə qarşı etibarsızlıq daha çox yaranıb. Çünkü müsahibələrdə adətən namizədə mümkün olan maksimum əməkhaqqı təklif olunur. Lakin iş prosesinə başladıqdan sonra buna nail olmaq çətinləşir.
Gənclər daha çox işlə bağlı yerinə yetirməli olduqları vəzifə öhdəlikləri və iş mühitinə uyğunlaşmaqla bağlı tərəddüd etdiklərini bildirib. 35 yaşdan yuxarı işçilər isə eyni fikirdə olmayıb. Ümumilikdə yaş artdıqca narahatlıq səviyyəsi də azalıb.
Sorğuda iştirak edənlərin demək olar ki, 40 faizi yeni işdə bir həftədən - bir aya qədər təlim keçdikdən sonra çalışmağa başlayıb. Ən qısa təlim müddətləri kiçik şirkətlərdə və pərakəndə satış sektorundadır. Yeni başlayanlar üçün əsas çətinlik isə əhəmiyyətliliyi bir o qədər də çox olmayan bütün məlumatların onlardan tələb olunmasıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!