Bu ölkədə inflyasiya 40 ilin ən yüksək səviyyəsinə çatdı | Banco.az

Bu ölkədə inflyasiya 40 ilin ən yüksək səviyyəsinə çatdı

Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada inflyasiya 40 ildən sonra ikirəqəmli göstəriciyə çatıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə inflyasiyanın yüksələn tempi iyul ayında da davam edib.

Ölkədə inflyasiya illik əsasda 10,1 faiz artıb. Beləliklə, İngiltərədə 1982-ci ilin fevralından bəri ilk dəfə ikirəqəmli inflyasiya qeydə alınıb.

Qeyd edək ki, "Bloomberg" sorğusunda iştirak edən iqtisadçılar inflyasiyanın 9,8 faiz olacağını gözləyirdilər.

İyulda nüvə inflyasiyası da proqnozları üstələyərək 6,2 faiz təşkil edib. Ötən ay bu göstərici 5,8 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et