Müəllif:Ayşən İmanova/Banco.az
Suriya Maliyyə Nazirliyi fövqəladə tədbir olaraq nazirliklərin inzibati strukturunun yenidən qurulmasını başa vurduqdan sonra gələn ay dövlət sektoru işçilərinin maaşlarını 400% artırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Maaş artımları mövcud hökumət resursları, həmçinin regional yardım, investisiyalar və Suriyanın xaricdəki aktivlərinin dondurulması səyləri hesabına maliyyələşdiriləcək. Hakimiyyət bunun üçün təxminən 127 milyon dollar xərcləməyi planlaşdırır.
"Bu, ölkədəki iqtisadi vəziyyətin həlli istiqamətində ilk addımdır", - deyə Suriyanın yeni hökumətinin maliyyə naziri Mohammed Abazid qeyd edib.