Müəllif:Ayşən İmanova/Banco.az
Latviya hakimiyyəti Kiyevə 500-dən çox pilotsuz uçuş aparatları göndərib.
Banco.az xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Adris Spruds “X” sosial şəbəkəsində məlumat verib.
Qeyd olunur ki, bu ilin aprel və may aylarında Latviya artıq Ukraynaya təxminən 1 milyon avro dəyərində 135 dron göndərib.
Ümumilikdə, Baltikyanı ölkənin rəhbərliyi iyulun əvvəlində Ukraynaya Latviya müəssisələri tərəfindən istehsal olunan, təxminən 4 milyon avro dəyərində müxtəlif tipli 2,5 mindən çox dron tədarük etməyi vəd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!