Bu ölkə qırıcı təyyarələrin alınması üçün 2,83 milyard dollar ayıracaq | Banco.az

Bu ölkə qırıcı təyyarələrin alınması üçün 2,83 milyard dollar ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Tayvan hakimiyyəti 2025-ci ildə Hərbi Dəniz və Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması proqramlarına 90,4 milyard Yeni Tayvan dolları (təxminən 2,83 milyard ABŞ dolları) ayırmaq niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə Tayvanın İcra Yuanının (Hökumət Kabineti) 2025-ci il üçün təqdim etdiyi büdcə layihəsində deyilir.

Sənədə əsasən, proses çərçivəsində yeni qırıcı təyyarələrin alınması da nəzərdə tutulub.

Daha əvvəl adanın administrasiyasının rəhbəri Ley Sinqde bildirmişdi ki, gələn ilin büdcə layihəsində Tayvanın müdafiə xərclərinin rekord həddə - 647 milyard Yeni Tayvan dollarına (təxminən 20,25 milyard ABŞ dolları) artırılması nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram