Müəllif - Aida İsaq, Banco.az
Keniya Rusiyanın “Mir” ödəniş sistemindən istifadə imkanlarını nəzərdən keçirir.
Banco.az xəbər verir ki, bu barədə Keniyanın Rusiyadakı səfiri Benson Oqutu bildirib. Onun sözlərinə görə, ölkəsi Rusiya ilə ticarətin digər alternativ mexanizmlərini də nəzərdən keçirməyə hazırdır. Səfir Rusiya tərəfinin müzakirə etməyə maraqlı olduğu təqdirdə bu və digər istiqamətdə addımların atılacağını qeyd edib.
Qeyd edək ki, daha öncə Rusiya baş nazirinin müavini Aleksandr Novak Venesuela ilə “Mir” kartından istifadə imkanlarının nəzərədn keçirildiyini bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!