Bu ölkə 147 milyon avro məbləğində hava hücumundan müdafiə sistemləri alacaq | Banco.az

Bu ölkə 147 milyon avro məbləğində hava hücumundan müdafiə sistemləri alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Litva İsveçdən 147 milyon avro məbləğində qısamənzilli mobil hava hücumundan müdafiə sistemləri alacaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“RBS70 NG (MSHORAD) sistemi İsveçin “Saab Dynamics” şirkəti tərəfindən hazırlanıb. Müdafiə Resursları Agentliyi 147 milyon avro dəyərində təchizat müqaviləsi imzalayıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, hərbi texnikanın təhvil verilməsi 2025-2027-ci illər üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et