Bu ilin əvvəlindən Azərbaycanda 75 investisiya təşviqi sənədi verilib | Banco.az

Bu ilin əvvəlindən Azərbaycanda 75 investisiya təşviqi sənədi verilib

İndiyə qədər Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 milyard manata yaxın olan layihələr üzrə 407 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2 940 təsdiqedici sənəd verilib.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Nazirlikdə keçirilmiş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahələrini əhatə edir. Bu layihələrin icrası nəticəsində 27 mindən çox iş yerinin açılacağı gözlənilir. Artıq 245 sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə başlayıb və 19 minə yaxın iş yeri açılıb. 2019-cu ilin 9 ayında isə sahibkarlara investisiya dəyəri 807,6 milyon manat olan layihələr üzrə 75 investisiya təşviqi sənədi verilib, texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün, ümumilikdə, 730 təsdiqedici sənəd təqdim edilib.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et