Bu il xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar artıb | Banco.az

Bu il xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-aprel aylarında xarici mənbələrdən əsas kapitala 1 296,9 milyon manat vəsait yönəldilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25.1% çoxdur.

Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1252,2 milyon manatı (96,6 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsveçrə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram