Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu il ölkədə neft və təbii qaz hasilatının azalacağını bildirib.
Banco.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Federasiya Şurasındakı çıxışında ölkəsinin enerji resursu istehsalı ilə bağlı qiymətləndirmələr edib.
O, kömür hasilatının bu il ötən illə müqayisədə dəyişməyərək 440 milyon ton səviyyəsində qalacağını bildirib. Neft hasilatının isə 27 milyon ton səviyyəsində olacağını gözlədiklərini dilə gətirib ki, ötən il bu, 535 milyon ton idi.
Novak həmçinin təbii qaz istehsalında da azalma gözlədiklərini söyləyib. “Təbii qaz hasilatı ötən ildəkindən təxminən 30 milyard kubmetr az olacaq. Ötən ilin birinci yarısında Avropaya tədarükümüz hələ də davam edirdi, lakin bu, Şimal axınına terror hücumu səbəbindən dayanmalı olub”, deyə nazir müavini əlavə edib.
Novak bildirib ki, bu il Rusiyanın mayeləşdirilmiş təbii qaz hasilatı isə 33 milyon ton olacaq. Elektrik enerjisi istehsalında qətiyyətlə addımladıqlarını vurğulayan nazir müavini, “Elektrik enerjisi istehsalı 1 trilyon 150 milyard kilovat-saat səviyyəsində olacaq. Bu, ötən illə müqayisədə 0,8 faiz artım deməkdir”, deyə qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!