"Bu il qlobal neft tələbatı sutkada 9,5 milyon barrel azalacaq" | Banco.az

"Bu il qlobal neft tələbatı sutkada 9,5 milyon barrel azalacaq"

Davam edən qeyri-müəyyənliklər fonunda cari ildə qlobal neft tələbatı gündəlik 9,5 milyon barrel azalacaq.

Bu sözləri OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
“OPEC-ə üzv olmayan ölkələrin neft istehsalının da bu il sutkada 2,7 milyon barrel azalacağı gözlənilir”, - deyə o bildirib.

OPEC-in baş katibi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrin ticari neft ehtiyatlarının cari ilin üçüncü rübündə son 5 illik orta göstəricidən xeyli yüksək olduğunu deyib: “Lakin ilin son rübündə bu rəqəm ötən 5 ildəki orta göstəricidən 123 milyon barrel az olacaq. Gələn ilin ilk rübündə OECD ölkələrinin ticari neft ehtiyatları son 5 illik orta göstəricidən bir az yuxarı qalxacaq, lakin ilin qalan hissəsində orta göstəricidən aşağı düşməsi gözlənilir”.

vergiler.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et