Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq? | Banco.az

Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq?

2021-ci ildə ön planda olan vakansiyalar bu il də gündəmdə qalacaq.

Bunu açıqlamasında insan resursları üzrə mütəxəssis Könül Paşayeva deyib.

O bildirib ki, pandemiya dövrü ötən illərə nisbətən yumşaldılmış rejimdə davam edir və bütün iş sahələri öz fəaliyyətlərini bərpa edib.

“Pandemiya dövrü hələ də davam etdiyi üçün ötən il ön planda olan vakansiyalar bu ildə trend olmağa davam edəcək. 2021-ci ildə onlayn ticarətə keçid oldu. Şirkətlər özlərində olan bu boşluğu görə bildilər və onlayn satış bacarıqları inkişaf etdirildi. Onlayn satış digər satış növündən daha fərqli və qabiliyyət tələb edən bir sahədir. Bundan əlavə digər ön planda olan sahə isə rəqəmsal marketinqdir.

Ümumiyyətlə bu dövr ərzində hibrid iş modeli (ənənəvi və distant) özünü daha qabarıq şəkildə göstərdi”, - deyə o qeyd edib.

Ölkəmizdə kənd təsərrüfatı və qeyri-neft sektoru sahələrində olan ixtisaslara çox böyük ehtiyac olduğunu vurğulayan mütəxəssis sözügedən sahələrdə ixtisaslaşmış kadrların azlıq təşkil etdiyini və bu istiqamətlərdə olan vakansiyaların yalnız bu il yox, gələcək illərdə də prioritet olacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram