Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 19% artıb | Banco.az

Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı 19% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-avqust aylarında Türkiyəyə 586 milyon 555 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 95,4 milyon dollar və ya 19,4% çoxdur.

Ötən ilin eyni dövründə Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 491 milyon 132 min dollar təşkil edib. 

Hesabat dövründə Türkiyə Azərbaycanın ikinci əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı Rusiyadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et