Bu ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 1122,3 milyon manat dəyərində xidmət göstərib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8% çoxdur.
Dövr ərzində göstərilən xidmətlərin 74,6%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34,7%-i və ya 388,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.