Bu həftənin əsas maliyyə xəbərləri (24-28.07.17) | Banco.az

Bu həftənin əsas maliyyə xəbərləri (24-28.07.17)

Bu həftə maliyyə bazarları FED-in növbəti iclası, ABŞ-da II rübün korporativ hesabatları, ABŞ iqtisadiyyatı üzrə II rübün ilkin göstərici və Sankt-Peterburqda keçirilən OPEC+ neft nazirləri Monitorinq Komitəsinin iclasını diqqətlə izləyəcək.

"Report" xəbər verir ki, FED-in bu həftə keçirəcəyi 2017-ci ilin 5-ci iclasında iqtisadçılar uçot dərəcəsinin dəyişdirilməyəcəyini ehtimal edirlər. Əsas diqqət FED-in açıqlamalarına yönələcək. Analitiklər FED-in balansını azaltma əməliyyatlarına başlama vaxtını daha çox sentyabr iclasında açıqlayacağını gözləyirlər.

Ekspertlər ABŞ-dakı iqtisadi artımı II rüb üzrə 2,5% səviyyəsində proqnozlaşdırırlar. Maliyyə bazarları artım tempinin 2%-ə yaxın olacağı təqdirdə, buna sərt reaksiya verə bilər. Belə ki, aşağı iqtisadi artım və inflyasiya FED-i uçot dərəcəsini artırmaq və balansı azaltmaq qərarından vaz keçirə və ya bu qərarı ertələməsinə səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, bu həftə ABŞ-ın daha 200 şirkəti II rüb üzrə hesabatını açıqlayacaq. Bunların arasında "McDonald's", "Caterpillar", "General Motors", "Boeing", "Amazon" və "ExxonMobil" kimi nəhənglər var. Qeyd edək ki, ötən həftə hesabatları açıqlanan şirkətlərin 73%-nin xalis mənfəəti proqnozları üstələyib.

Bununla yanaşı, bu gün Sankt-Peterburqda keçirilən OPEC+ Monitorinq Komitəsinin iclasından önəmli açıqlamalar gözlənilir. İclasda neft təklifinin azaldılması ilə bağlı önəmli qərar qəbul olunmasa, neft qiymətlərinin yenidən azalma trendinə girməsi ehtimal edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et