"Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib" | Banco.az

"Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib"

Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirmişdi ki, bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna bilər.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et