Tamara Mustafayeva, Banco.az
Kitab oxumaq çoxumuzun ən sevimli məşğuliyyətlərinə daxildir. Sevdiyi kitabı dərhal bitirib sonunu öyrənmək istəyən də var, həyəcanını qorumaq üçün tələsmədən oxuyan da. Bəs sevərək oxuduğumuz bu kitabların neçə günə, aya, hətta ilə tamamlandığını heç düşünmüsünüzmü?
Biz sizin üçün belə bir araşdırma etdik və nəticədə dünyanın ən tanınmış müəlliflərinin böyük səy və əzmlə hazırladıqları kitabların içərisində 2.5 günə hazır olana da rast gəldik, 16 ilə ərsəyə gələnə də.
Gəlin siyahı ilə tanış olaq.
1. “Zolaqlı pijamalı oğlan” ("The Boy in the Striped Pyjamas"), Con Boyn – 2.5 gün
2. "Dr.Cekul və Cənab Haydın qəribə əhvalatı" ("Strange Case of Dr Jekyll and Mr Hyde”), Jeffrey Hatcher və Robert Louis Stevenson – 6 gün
3. “Avtomatik Portağal” ("A Clockwork Orange"), Anthony Burgess – 3 həftə
4. “Al-Qırmızı Etüd – Sherlock Holmes macəraları”, ("A Study in Scarlet") Artur Konan Doyl – 3 həftə
5. “Nəsrlə yazılmış Milad nəğməsi” (A Christmas Carol), Çarlz Dikkens – 6 həftə
6. "Royal Kazinosu" “Casino Royale”, Lan Felming – 2 ay
7. “Alatoran” ("Twilight"), Stefani Mayer – 3 ay
8. “Balaca Şahzadə” (Le Petit Prince), Antuan de Sent-Ekzüperi – 6 ay
9. “1984”, Corc Oruell – 1 il
10. “Bozun əlli çaları” ("Fifty Shades of Grey"), E.L. Ceyms – 1.5 il
11. “Böyük Getsbi” ("The Great Gatsby"), Frensis Skott Fitscerald – 2.5 il
12. “Taxt oyunları” ("Game of Thrones"), Corc R.R.Martin – 5 il
13. “Harri Potter və Fəlsəfə Daşı” ("Harry Potter and the Philosopher's Stone"), Coan Roulinq – 6 il
14. “Küləklə sovrulanlar” ("Gone with the Wind"), Marqaret Mitçell – 10 il
15. “Üzüklərin hökmdarı” ("The Lord of the Rings"), Con Ronald Ruel Tolkin – 16 il
Həmçinin oxu: Karantin günlərində asanlıqla oxuyub bitirəcəyiniz 10 kitab
Bizi sosial şəbəkələrdən izləyin!!