Bu coinləri almayın, saxtadırlar - DİQQƏT! | Banco.az

Bu coinləri almayın, saxtadırlar - DİQQƏT!

Pulun çoxluğu harada mövcuddursa, dərhal həmin yerdə cinayətkarlar və saxta proqramlar peyda olur. Bu səbəbdən yüksək gəlir imkanının olduğu kriptovalyuta bazarında investisiya yerləşdirərkən bu cür saxtakarlıq hallarına diqqət etmək gərəkdir.

Məsələn, Useless Ethereum Token (UET) adlı kriptovalyuta 2017-ci ilin ortalarında “dünyanın ilk 100 % dəqiq olan Ethereum ICO-su” reklamı ilə bazara çıxdı. “Dəyər yox, təhlükəsizlik yox, məhsul yox…Mən sadəcə olaraq xərclənmək üçün mövcudam” formasında sloqanı vardı. Nəzərinizə çatdıraq ki, bu cür tokenləri almayın.

Ancaq UET bazara çıarıldıqdan qısa müddət sonra tərtibatçılarına 350 min dollardan çox vəsait qazandırdı. Anonim təsisatçı veb saytında “bu səhifədəki xəbərdarlıqlardan heç birini oxumağınızdan asılı olmayaraq” mesajı ilə investisiya qoyan hər kəsə təşəkkür mesajı göndərdi.

Luis Fonsinin “Despacito”-su kimi kriptovalyutalar da 2017-ci ildə məşhurlaşmışdılar. İnsanlar belə kriptovalyutaların Bitcoin-dən fərqlənmədiyinə inanaraq onları almağa başladılar.

Yaxın zamanlarda yaşanan oxşar nümunə isə “Bitconnect” skandalı kimi yadda qalan və investorların minlərlə dollar itirməsinə səbəb olan hadisədir.

Real potensiala malik coinlərdən istifadə etməklə kriptovalyuta saxtakarlığından necə xilas olmaq lazımdır? Saxtakarlığın fərqinə varmağın 3 ən sadə yolunu sizə təqdim edirik.

Gəlirləriniz mövzusunda iddialar səsləndirmək

Bitconnect investorlara yüksək mənfəət vəd edən, təxminən 1 il əvvəl başladılan bir səadət zənciri planı idi. Həmçinin, müdafiəçisi Karlos Matos tərəfindən edilən fövqəladə bir danışıqdan sonra hər kəsi asanlıqla özünə cəlb edən forma aldı.

“Bitconnect” istifadəçilərinə investisiya etdikləri Bitcoin dəyişkənliyindən faydalanmaları üçün platformanın “ticarət botu” tərəfindən istifadə edə biləcəyi və hər gün 1 faiz verəcəyini bildirdi. Bu, kredit kimi idi, lakin dəyər deposu və gəlirlərin ödənilməsi “Bitconnect”-in öz kriptovalyutası olan BCC ilə həyata keçirilirdi.

Şirkət investorların ildə müəyyən məbləğdə vəsait yatıraraq 4 milyon dollar qazana biləcəyini vəd etmişdi. Məsələn, 100, 4000, və 100000 dollar civarında məbləğlər… ABŞ-da bu yüksək məbləğləri ödəyən 6 investor 770 min dollar itirdikdən sonra platformanı məhkəməyə verdi. Texas və Şimali Karolina ştatlarının şirkət haqda dayandırılma və geri çəkilmə qərarından sonra bütün pullarını itirdilər. Bu hadisədən sonra BCC-nin yanvar ayında 8 dollardan başlayıb 580 dollaradək artan qiyməti sürətlə enməyə başladı. “Bitconnect x”-in bu il ABŞ-dan kənarda bazara çıxarılması gözlənilir.

Qısası, görünən kəndə bələdçi lazım deyil. Bazarda bu cür absurd gəlirlər vəd edən sistemlər mövcuddur. Onlardan uzaq durun!

Kriptovalyutalarda saxtakarlıq üsulu olaraq coin açıqlamasının aydın olmaması və ya aldadıcılığı

Kriptovalyutalar FX şirkətləri başda olmaqla, böyük və kiçik investorlar tərəfindən istifadə edilə bilər. Amma kriptovalyutaların müxtəlif texniki şərtlərə malik olmağı fırıldaqçıların insanları kor-koranə yatırım qoymağa təşviq etmək üçün qarışıqlıqdan istifadə edərək etibarlarını qazanmaq anlamına gəlir.

Əgər bazara yeni çıxan kriptovalyuta haqda məlumatınız yoxdursa, həmin varlığın saytında ətraflı izaha ehtiyacınız var. İstədiyiniz məlumatı tapa bilməsəniz, həmin kriptovalyuta ilə daha ehtiyatlı davranmalısınız.

Əksər təcrübəli investorlar əsasən coinin yaradıcısı və arxasındakı texnologiya haqda məlumat toplayırlar. Məsələn, Ethereum-un təsisçisi Vitalik Baterin kriptovalyuta cəmiyyətinin əsas simalarından biridir.

Şübhəli coinlərin arxasında isə böyük ehtimalla bir ad və ya komanda tapa bilməyəcəksiniz. Çünki onlar müəyyən müddətdən sonra aradan çıxaraq heç bir hüquqi məsuliyyət daşımaq istəmirlər. Növbəti misal, Prodeum-un yaradıcıları Petar Yandriçi əsas tərtibatçı olaraq təqdim etmişdilər. Lakin Yandriç Prodeum ilə heç bir əlaqəsinin olmadığını açıqlaması ilə coin şübhə yaratmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Əgər haqqında çox da məlumatlı olmadığınız bir kriptovalyutaya böyük miqdarda investisiya qoymaq istəyirsinizsə, ilk növbədə təsisçiləri xüsusilə sosial media vasitəsilə izləyin, haqlarında daha çox məlumat toplamağa çalışın.

Coinlərin böyük hissəsinin tərtibatçıların əlində cəmləşməsi

Coin yaradıcılarının hazırladıqları kriptovalyutaların əksəriyyəti özlərində saxlamaları həmişə saxtakarlıq kimi dəyərləndirilməməlidir. Ön mədəçilik adlandırılan bu durum tərtibatçının əsas kodu sərbəst buraxmadan əvvəl özləri üçün çolu sayda coin çıxarması mənasına gəlir.

Kriptovalyutalarla əlaqədar başqa bir saxtakarlıq üsulu isə “pump and dump” adlanır. Coinlərini özlərinə borc verərək yüksək həcm yaratmağa çalışırlar. Beləliklə, təhlükəsiz qiymətlər şişirdilir və saxta hesabatlarla satılır.

Bytecoin çıxarılmadan öncə gizli mədənçilik etməklə məşğul oldu və bazardakı kriptovalyutanın 80 %-dən çoxuna tərtibatçısı nəzarət etdi. Kriptovalyuta monitorinqi aparan “Onchain FX” saytı “demək olar ki, tamamilə ətraflı bir satakarlıq üsuludur”, – yazmaqla xəbərdarlıq etdi.

Bir çox coinin platformanın dövriyyəsinə nəzarət etdiyini nəzərə alsaq, qanuni coinlər qazanclarını inhisar etmədiklərini göstərmək üçün öz yollarını tuturlar. Məsələn, Ripple öz coininin bazara çıxarılmasını əmanət hesabı ilə idarə edir.

Xülasə olaraq, bu vəziyyət mürəkkəb görünə bilər. Ancaq əksər coin haqda bazarda kifayət qədər məlumat var. İnvestisiya yerləşdirmədən əvvəl araşdırma etmək lazımdır.

Saxtakarlıqda şübhəli bilinən coinlər isə bazarda xüsusi təhlükəsizlik sözü verildiyi, fövqəladə mənfəət vəd edən valyuta vahidləridir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et