Bu bankların öhdəlikləri artıb | Banco.az

Bu bankların öhdəlikləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün bu il yanvarın 1-nə öhdəlikləri illik müqayisədə çox olub.

Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Naxçıvan Bank”, “Bank VTB Azərbaycan”, “Kapital Bank”, “Zıraat Bank Azərbaycan”, “Günay Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank BTB”, “Bank of Baku”, “Azər-Türk Bank” və “Unibank”dır.

Ən yüksək dinamika Pakistan bankında (7 dəfə), ən aşağı dinamika isə “Unibank”da (3,2%) qeydə alınıb.

Qalan 13 bankın isə öhdəlikləri azalıb. Ən çox azalma “AFB Bank”da (58,7%), ən az azalma isə “Azərbaycan Beynəlxalq Bankı”nda (3,1%) qeydə alınıb.

4 bankın öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (7 636,19 milyon manat), “PAŞA Bank” (4 971,876 milyon manat), “Kapital Bank” (4 593,277 milyon manat) və “Xalq Bank”dır (1 916,303 milyon manat).

Ən sərfəli kredit üçün müraciət et

Qalan 22 bankdan 6-da öhdəliklər 500 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 100-500 milyon manat arasında, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et