Bu banklar olanlara biganə qalmadı | Banco.az

Bu banklar olanlara biganə qalmadı

Artıq bir-neçə gündür ki, ölkəmizdə yaşanan hadisələr dünya miqyasında səs-soraq yaradıb.

Baş verən vuruşmalar nəticəsində torpağa gənc oğullar verən xalqımız yenə də qələbə əzmi ilə "Vətən Sağ Olsun" deyir.

Bu çətin günlərdə xalqın göstərdiyini birlik həqiqətən təqdirə layiqdir.

İnsanların bacardıqları qədər əsgərlərimizə, şəhidlərimizin ailələrinə dəstək göstərməyə çalışdıqları bu zamanda banklarımız da geri də qalmaq istəmədilər.

Bir neçə bank öz dəstəyini göstərməyə çalışdı.

İlk addım "Azərbaycan Beynəlxalq Bankı"ndan gəldi. Belə ki, "Azərbaycan Beynəlxalq Bankı" əməliyyatlar zamanı həlak olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.

"Bank of Baku" da Qanköçürmə İnsitutunda əsgərlərimizə dəstək məqsədilə qanvermə aksiyası təşkil etdi.  "Bank of Baku" əməkdaşlarından mənfi rezuslu qan qrupuna aid olanlar ilə keçirilən qanvermə aksiyası bir neçə gün davam etdirildi. 

Eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı"nın baş ofisində yaralanmış hərbçilərimizin müalicəsinə dəstək məqsədilə qanvermə aksiyası keçirildi.

"Azər Türk Bank" da yaralanmış əsgər və zabitlərimizin müalicəsinə yardım məqsədilə qanvermə aksiyası keçirdi.

"Nikoil Bank"ın Gəncə filialının əməkdaşları gedən döyüşlərdə yaralı olan əskərlərimizə qan vermə aksiyasında iştirak etdilər. 

Ən sərfəli kredit üçün müraciət et

"Amrahbank" da qanvermə aksiyası keçirən banklar sırasında idi. "Amrahbank" “Könlüm Keçir Qarabağdan“ süarı ilə qanvermə aksiyası keçirdi.

"Caspian Development Bank" ailəsinin üzvləri də döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsinə yardım məqsədilə qanvermə aksiyası keçiriblər.

"DəmirBank" döyüşlərdə şəhid olmuş şəxslərin ailələrinə və yaralanmış əsgərlərimizə maddi yardımın göstərilməsi məqsədilə sosial kampaniyaya start verdi. Kampaniya çərçivəsində xüsusi açılmış hesaba “DəmirBank” ASC əməkdaşları tərəfindən vəsaitlərin yatırılmasına artıq başlanılıb. Yığılmış vəsaitlər həmin şəxslərin adlarına açılacaq əmanət hesabına yatırılacaq və istənilən zaman istifadə edə bilsinlər deyə plastik kartda təqdim olunacaq. Həmçinin, zərərçəkmiş şəxslərin DəmirBank-da olan kreditləri üzrə öhdəliklərinin bağışlanması da nəzərdə tutulub.

"Kapital Bank" isə son günlər cəbhə xəttində döyüşlərin intensiv getdiyi Ağdam, Füzuli və Tərtər şəhərlərinə Azərbaycanın müxtəlif bölgələrindən göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq, qeyd edilən şəhərlərdə yerləşən filiallarına “Xəzri” sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə xidmətkomissiyasını ləğvetmək qərarını verib. Bu güzəşt həmçinin Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil edilir.

Banklarımıza bu məsələdə göstərdikləri həssasiyyət üçün təşəkkür edirik.

Şəhidlərimizə isə Allahdan rəhmət diləyirik. Ümidvarıq ki, çox yaxında torpaqlarımıza qovuşacayıq.

Ən sərfəli krediti almaq üçün müraciət et