Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası keçirildi | Banco.az

Azərbaycan Beynəlxalq Bankında qanvermə aksiyası keçirildi

Erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara cavab həmlələri zamanı yaralanmış hərbçilərimizin müalicəsinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankının Baş ofisində qanvermə aksiyası keçirilib.

Aksiyada Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, “AzeriCard” prosesinq mərkəzinin və Beynəlxalq Sığorta Şirkətinin əməkdaşları da iştirak edib. Mərkəzi Qan Bankının peşəkar həkimlərinin tibbi dəstəyi ilə təşkil olunmuş kampaniya zamanı ümumilikdə 134 nəfər qan verib.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et