Azərbaycan Beynəlxalq Bankından ordumuza dəstək | Banco.az

Azərbaycan Beynəlxalq Bankından ordumuza dəstək

Aprelin 2-də erməni hərbi birləşmələrinin qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının alınması üçün sürətli əks-həmlə həyata keçirərək strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini düşməndən azad etmiş Azərbaycan Silahlı Qüvvələrinin bu zəfəri cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Vətəndaşlarımız, eləcə də ayrı-ayrı qurumlar ordumuza minnətdarlıq və dəstək hissinin nümayişi üçün imkanlarından istifadə etməyə çalışırlar.

Sabah Azərbaycan Beynəlxalq Bankının Baş ofisində də qanvermə aksiyası keçiriləcək. Bank əməkdaşları hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərimizin müalicəsinə kömək məqsədilə qan verəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, əməliyyatlar zamanı həlak olmuş hərbçilərimizin, yaxud onların ailə üzvlərinin Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olub-olmadığı araşdırılacaq. Belə bir borc olduğu təqdirdə Bank bu borcların ləğvi barədə qərar qəbul edəcək.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Ən sərfəli krediti almaq üçün müraciət et