Müəllif - Aida İsaq, Banco.az
Avstriyanın “Raiffeisen Bank International” bankı Ukrayna Milli Bankının Rusiya bazarını tərk etmək tələbinə reaksiya verib.
Banco.az xəbər verir ki, tənzimləyici maliyyə qurumunun məlumatına görə, hazırda bankın gələcəyi üçün bütün strateji variantlar nəzərdən keçirilir. Eyni zamanda Rusiyadakı törəmə bankın müstəqil hüquqi şəxs statusunda olduğu və hazırda qüvvədə olan qanunlara tabe olmalı olduğu qeyd olunur. Bankın Krımda və Donbassda fəaliyyət göstərmədiyi və Rusiya Federasiyasında kredit portfelinin azaldığı bildirilir.
Bundan əvvəl adı çəkilən bank Rusiyanın “dost olmayan” ölkələrə məxsus kapital dövriyyəsinə dair tətbiq etdiyi məhdudiyyətlər fonunda Rusiyadan rekord səviyyədə dividend əldə etməyin qeyri-mümkün olduğunu açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!