Bu bank Qarabağın bərpası üçün şirkətlərə 120 mln. dollar kredit ayıracaq | Banco.az

Bu bank Qarabağın bərpası üçün şirkətlərə 120 mln. dollar kredit ayıracaq

"Eksimbank" Macarıstan şirkətlərinə Qarabağın yenidən qurulmasında iştirak etmək üçün 120 mln. dollar həcmində kredit xətti ayırıb.

Bu barədə Macarıstan XİN yanında Türk Dövlətləri Təşkilatına cavabdeh olan Culiya Popelix bildirib.

Onun sözlərinə görə, Macarıstan şirkətləri Qarabağ bölgəsində şəhər infrastrukturunun bərpasında, enerji təchizatının qurulmasında və kənd təsərrüfatı fəaliyyətinin başlanmasında iştirak edəcəklər.

Qeyd edək ki, fevralın 3-də Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib və azad edilən ərazilərdəki layihələrdə macar şirkətlərinin iştirakı müzakirə edilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram