Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı ilin aprel ayında Çində minik avtomobillərinin pərakəndə satışları illik müqayisədə 21,5% azalaraq 1,384 milyon ədədə düşüb.
Banco.az xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyası (CPCA) məlumat verib.
Azalma ardıcıl yeddinci aydır ki, qeydə alınıb. Yeni enerjili nəqliyyat vasitələrinin (NEV) satışları əvvəlki ilə nisbətən 6,8% azalaraq 849.000 ədəd təşkil edib.
NEV-lərin ümumi satışlarda payı ilk dəfə 60%-i keçib və ötən ay 61,4%-ə çatıb.
Çinin avtomobil ixracı 80,7% artaraq 769.000-ə çatıb. Xüsusilə, xarici ölkələrə NEV daşınması ikiqatdan çox (111,8%) artaraq 406.000 avtomobilə çatıb.
Beləliklə, ilk dəfə olaraq ixrac tədarüklərinin yarıdan çoxunu – 52,7%-ni NEV-lər təşkil edib.
