Bu bank müştərilərə 150 000 manat məbləğində ipoteka krediti verir | Banco.az

Bu bank müştərilərə 150 000 manat məbləğində ipoteka krediti verir

Azərbaycan İpoteka Fondunun yeni qərarını əsas tutaraq  artıq  “NBC Bank” ASC  müştərilərə  adi şərtlərlə verilən ipoteka kreditləri üzrə maksimal məbləği 100 000 manatdan  150 000 manatadək artırmışdır.

Beləki, hazırda “NBC Bank” ASC  müştərilərə 150 000 manat məbləğində olmaqla, illik 7 %  ipoteka kreditlərini təklif edir.

Xatırladaq ki, 1992 –ci ildən fəaliyyət göstərən “NBCBank” - ın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən Mərkəz, 1 Saylı, Nəsimi, Babək, Yasamal, Gənclik, Əhmədli və regionlarda fəaliyyət göstərən Sumqayıt,Gəncə, Şəki və Lənkəran filialları olmaqla 11 filial və Sahil şöbəsindən ibarətdir.

  Əlavə məlumat 932