"Fiat" və "Peugeot" birləşməsi üzrə müqavilə İMZALANDI | Banco.az

"Fiat" və "Peugeot" birləşməsi üzrə müqavilə İMZALANDI

Tamara Mustafayeva, Banco.az

Fransanın tanınmış avtomobil brendi "Peugeot"nun istehsalçısı "PSA Group" bir neçə ildir ki, davam edən danışıqlardan sonra İtaliyanın məşhur avtomobil brendi "Fiat"ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkəti ilə birləşmə müqaviləsini imzalayıb.

İki avtomobil istehsalçısı dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı "Stellantis"i yaradacaq sözügedən razılaşmanın sənayenin ekoloji cəhətdən daha təmiz avtomobillərin istehsalını və pandemiyanı maliyyələşdirmək üçün üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsində köməkçi olacağına ümid edirlər.

Xatırladaq ki, "Fiat" və "Peugeot" 2019-cu ilin sonlarında birləşmə qərarını elan etmişdilər. "Stellantis" adı verilən 38 milyard dollarlıq təşəbbüs "Peugeot", "Opel"lə yanaşı, "Fiat", "Jeep", Dodge", "Ram" və "Maserati" kimi markalara da rəqib olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram