Bu avtomobil şirkəti film tərzində reklam çarxı yayımladı | Banco.az

Bu avtomobil şirkəti film tərzində reklam çarxı yayımladı

Tamara Mustafayeva, Banco.az

Cənubi Koreyanın transmilli avtomobil istehsalçısı Kia Motors səkkiz avtomobil modelini tanıdan "The Features Film" adlı 13 hissəli reklam silsiləsini YouTube platformasından yayımladığı mətbuat konfransında təqdim edib. 

Hollivud aksiyon filmlərindən ilhamlanan bu reklam çarxında gənc bir oğlan özünü bir anda yanlış izdihamanın içərisində tapır və mafia üçün qaçış sürücüsü kimi çalışmalı olur. Xilas olmaq üçün səkkiz ədəd A sinifi Kia modelindən istifadə edir: Forte, Soul, Stinger, Niro EV, Niro HEV, Seltos, Sportage və Sorento. 

Reklam silsiləsi tanınmış reklam agentliyi David&Goliath tərəfindən hazırlanıb.

Kia-nın reklam kampaniyasına bu formada yanaşma tərzi İngilis avtomobil istehsalçısı Jaguar Cars tərəfindən həyata keçirilən sonuncu kampaniyanı xatırladır. Belə ki, Jaguar şirkəti sözügedən kampaniyada məşhur Ceyms Bond filmləri “Goldeneye”, “Tomorrow Never Dies” və “Spectre”-ın açılış səhnəsinin yaradıcısı rejissor William Bartlett ilə çalışmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Reklam kampaniyalarına belə yaradıcı yanaşma stategiyası yeni məhsulları daha yaradıcı hekayələrlə təqdim edən markaların bir-birinə bənzəyən reklam filmlərindən yorulan insanlara daha cəlbedici gəldiyini göstərir.

Həmçinin oxu: "Fiat" və "Peugeot" birləşməsinin yeni adı AÇIQLANDI

Bizi sosial şəbəkələrdən izləyin!!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et