Bu Avropa şəhərində ictimai nəqliyyat pulsuz olacaq | Banco.az

Bu Avropa şəhərində ictimai nəqliyyat pulsuz olacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Serbiyanın paytaxtı Belqrad hakimiyyəti 2025-ci ilin yanvarından bütün ictimai nəqliyyatı pulsuz etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Belqrad meri Aleksandar Sapiçin sözlərinə görə, 1,7 milyon əhalisi olan şəhərdə avtomobillərin sayı son on ildə 250 min artıb.

Ən sərfəli kredit üçün müraciət et

"Bu o deməkdir ki, artıq heç kim bilet üçün pul ödəməli olmayacaq", - deyə Sapiç ictimai nəqliyyatın pulsuz olması qərarını açıqlayıb.

Mer həmçinin 2027-ci ilə qədər bütün şəhər avtobus, tramvay və trolleybus parkının dəyişdiriləcəyini vəd edib.

Qeyd edək ki, ictimai nəqliyyatdan pulsuz istifadə artıq bir sıra Avropa şəhərlərində, məsələn, Lüksemburq, Tallin və Fransanın Monpelye şəhərlərində mövcuddur.