Bu aşağı büdcəli aviaşirkət fəaliyyətini dayandırıb | Banco.az

Bu aşağı büdcəli aviaşirkət fəaliyyətini dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Spirit Airlines" şirkəti fəaliyyətini dayandırıb.

Banco.az xəbər verir ki, ABŞ-da yerləşən aşağı büdcəli aviaşirkət olan “Spirit Airlines” bütün uçuşlarını ləğv edərək fəaliyyətini dərhal dayandırmaq qərarına gəlib.

“Spirit Airlines” tərəfindən yayılan açıqlamada qeyd olunub: “2 may 2026-cı il tarixindən etibarən fəaliyyətlərimizin nizamlı şəkildə dayandırılması prosesinə dərhal qüvvəyə minəcək formada başlamışıq. Bu qərarı böyük üzüntü ilə qəbul edirik”.

Bütün uçuşların ləğv edildiyi bildirilən açıqlamada müştəri xidmətləri xidmətinin artıq fəaliyyət göstərmədiyi də vurğulanıb.

Açıqlamada həmçinin bildirilib: “Son 34 il ərzində ultra aşağı xərcli iş modelimizin sektor üzərində yaratdığı təsirlə qürur duyuruq və sərnişinlərimizə daha uzun illər xidmət göstərməyi ümid edirdik”.

Müştərilərə hava limanlarına getməmələri tövsiyə olunan açıqlamada, biletlərin geri qaytarılması prosesi ilə bağlı məlumat verilib.

Bəyanatda qeyd olunub ki, fəaliyyətin dayandırılması prosesində təchizatçılarla əməkdaşlıq ediləcək və mövcud bütün borc tələbləri iflas prosesi çərçivəsində nəzərdən keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram