Bu aparıcı bankın rəhbərinin qazancı azalıb | Banco.az

Bu aparıcı bankın rəhbərinin qazancı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman” investisiya bankının direktorunun qazancı ötən il 25 milyon dollara qədər azalıb.

Banco.az xəbər verir ki, “Wall Street”in ən böyük banklarından biri olan “Goldman Sachs”in baş icraçı direktoru (CEO) David Solomonun qazancı 2022-ci ildə 30 faiz azalaraq 25 milyon dollar olub.

Bu barədə mənzil-qərargahı ABŞ-ın Nyu-York ştatında yerləşən bankın açıqlamasında qeyd olunub.

Bildirilib ki, rəhbərin qazanc itkisi ilə üzləşməsində bankın səhmlərinin ucuzlaşması və gəlirliliyinin azalması rol oynayıb.

Solomonun əsas maaşı 2 milyon dollar, digər ödənişləri isə 23 milyon dollar hesablanıb. Bonuslarının 16,1 milyon dolları isə səhm aktivliyindən əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Solomon 2021-ci ildə 35 milyon dollar qazanaraq ABŞ-ın ən çox qazanan bank rəhbərlərindən birinə çevrilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et