Britaniyanın bankçılıq nəhəngi türk lirəsi ilə bağlı proqnozunu dəyişib | Banco.az

Britaniyanın bankçılıq nəhəngi türk lirəsi ilə bağlı proqnozunu dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“HSBC” bankı Dollar/TL proqnozunu artırıb.

Banco.az xəbər verir ki, Türkiyədə inflyasiyanın yüksələn tempi xarici qurumların USD/TL proqnozların yeniləməsinə səbəb olub.

Bu dəfə də ingilis bankçılıq nəhəngi “HSBC” Dollar/TL proqnozunu yenidən nəzərdən keçirib.

Bank müştərilərinə TL ilə bağlı göndərdiyi analizdə 2023-cü il üzrə USD/TL proqnozunu 27-dən 29-a yüksəldib. 2024-cü il üzrə isə proqnoz 32 səviyyəsində müəyyən edilib.

Qeyd edək ki, hazırda Dollar/TL məzənnəsi 26,99 səviyyəsində ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram