Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını azaldıb | Banco.az

Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti "Gədəbəy" müqavilə ərazisi üzrə bu ilin birinci yarısı üzrə hasilat nəticələrini açıqlayıb.

Banco.az şirkətə istinadən xəbər verir ki, şirkət bu ilin birinci yarısında 23,391 unsiya qızıl istehsal edib. Bu da illik müqayisədə 18,6% azdır. Belə ki, bu göstərici 2022-ci ilin eyni dövründə 28,722 unsiya təşkil edib.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına "Gədəbəy" yatağında 2009-cu ildə başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et