Müəllif:Ayşən İmanova/Banco.az
“BRİKS” ölkələri tərəfindən yaradılmış Yeni İnkişaf Bankı Braziliyanın daşqınlardan zərər çəkmiş Riu-Qrandi-du-Sul əyalətinin bərpası üçün 495 milyon dollar ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə cənubi Amerika ölkəsinin hökuməti məlumat yayıb.
“Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin və Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff Riu-Qrandi-du-Sul-a dəstək haqqında saziş imzalayıblar ki, bu da bankın dövlətin yenidən qurulması üçün 495 milyon dollar öhdəliyini təsdiqləyir”, – deyə məlumatda bildirilir.
Qeyd edilib ki, 200 milyon dollar infrastruktur obyektlərinə, qalan 295 milyon dollar isə Riu-Qrandi-du-Sulun digər ehtiyaclarına xərclənəcək. Bundan əlavə, dövlət orqanları Braziliyanın üç dövlət bankından daha 620 milyon dollar alacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!