Brexit Böyük Britaniya və Almaniya ixracına mənfi təsir göstərib | Banco.az

Brexit Böyük Britaniya və Almaniya ixracına mənfi təsir göstərib

Müəllif - Aida İsaq, Banco.az

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi (Brexit) Almaniya ilə Böyük Britaniya arasında ticarət və investisiya əlaqələri baxımından vəziyyəti gərginləşdirib.

Banco.az xəbər verir ki, bu barədə Almaniya Sənaye və Ticarət Palatası məlumat yayıb. Ötən il Almaniyanın Böyük Britaniyaya ixracı brexit referendumunun keçirildiyi 2016-cı illə müqayisədə 14,1 faiz azalaraq 73,8 milyard avroya çatıb. Referendumdan əvvəl Böyük Britaniya Almaniyanın üçüncü ən mühüm ixrac mərkəzi idi. Almaniyanın Böyük Britaniyaya birbaşa investisiyası 2016-cı illə müqayisədə 2021-ci ildə 16,1% azalaraq 140 milyard avro təşkil edib.

Qeyd olunur ki, Böyük Britaniyada aktiv alman şirkətlərinin sayı 2016-cı illə müqayisədə 5,2 faiz azalaraq 2163-ə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et