Brent neftin qiyməti 2019-un ən yüksək səviyyəsinə qalxdı | Banco.az

Brent neftin qiyməti 2019-un ən yüksək səviyyəsinə qalxdı

Dünən 74,53 dollara qədər qalxan Brent neftin barrelinin qiyməti 74,14 dollardan günü başa çatdırmışdı. Brent neftin qiyməti Bakı vaxtı ilə saat 10.45-də 0,7 faiz artımla 74,57 dollar təşkil edib. Bu qiymət, 2019-cu ilin ən yüksək yeni səviyyəsidir. Eyni dəqiqələrdə, Qərbi Texas növü (WTI) xam neftin barreli 0,8% artımla 66,09 dollardan alıcı tapıb.

Dünən Ağ Ev, daha əvvəl İrana tətbiq edilən neft sanksiyalarından azad edilmiş 8 ölkəyə yeni möhlət verilməyəcəyini açıqlayıb. Açıqlamanın ardından neft qiymətləri ilin ən yüksək səviyyəsinə çataraq 74,53 dolları görmüşdü.

Ağ Evdən verilən yazılı açıqlamada, "ABŞ Prezidenti Donald Tramp, mayın əvvəlində müddəti başa çatan möhləti uzatmamaq qərarı verdi. Bu qərar, İranın neft ixracını sıfıra endirməyi və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı qarşısına məqsəd qoymuşdur", - ifadələri istifadə edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, ABŞ Xarici İşlər Naziri Mike Pompeo, verilən bu qərarla Tehran üzərindəki iqtisadi təzyiqi daha da artırmağı qarşılarına məqsəd qoyduqlarını bildirərək, müvafiq ölkələrin İrandan neft idxalını bu şəkildə tamamilə dayandıracaqlarını qeyd edib.

Bu qərarla, Noyabrın əvvəlindən 2 Maya qədər (180 günlük) ABŞ-ın İrandan neft idxalına sanksiya nəzərdə tutulan qərarından azad edilmiş Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstanın icazəsi sona çatmış olacaqdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et