“Brent” markalı neftin qiyməti sabitləşdi - "OPEC plus"un qərarı nə olacaq? | Banco.az

“Brent” markalı neftin qiyməti sabitləşdi - "OPEC plus"un qərarı nə olacaq?

 Müəllif:Gülbəniz Hüseynli/Banco.az

OPEC+ iclası öncəsi Brent markalı neftin qiyməti yüksəlməyə başlayıb.

Banco.az xəbər verir ki,  Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti əvvəlki sessiyanın bağlanışında olduğu kimi bir barel üçün 81,68 dollar təşkil edib. Bir gün əvvəl bu kontraktların qiyməti 1,70 dollar (2,1%) artaraq 81,68 dollar/barel olub. Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda yanvar ayı üçün WTI markalı neft fyuçerslərinin kotirovkaları bu vaxta qədər 15 sent artaraq bir barelə görə 76,56 dollar təşkil edib. Sessiyanın sonunda 1,55 dollar (2,1%) bahalaşaraq bir barel üçün 76,41 dollar olub.

OPEC+ nazirlərinin görüşü noyabrın 30-da onlayn formatda baş tutacaq. “Sevens Report Research” analitikləri yazır ki, neft qiymətlərinin gələcək istiqaməti OPEC+ üzvlərinin birlikdə qərar verməsindən asılı olsa da, onlar uzunmüddət vahid qərar üzərindən danışa bilməyəcəklər.

Daha bir ehtimal da odur ki, OPEC+ ölkələri neft hasilatına dair mövcud məhdudiyyətləri minimal dəyişikliklərlə 2024-cü ilin birinci rübünün sonuna qədər uzada bilər.  Onlar tərəfindən istehsalın eyni səviyyədə saxlanılması ehtimalı 60-70%, yanacaq tədarükünün daha geniş şəkildə azalması təxminən 20% və istehsalın artması isə 10-20% səviyyəsində qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, investorlar ABŞ-ın enerji ehtiyatlarında dəyişikliklərlə bağlı siqnallar müəyyən ediblər. Amerika Neft İnstitutunun (API) məlumatına görə, ötən həftə ABŞ-da ehtiyatlar 817 min barel azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et