Brendin sosial şəbəkələrdə uğur qazanmasının 5 yolu | Banco.az

Brendin sosial şəbəkələrdə uğur qazanmasının 5 yolu

Brediniz  üçün təsirli Marketinq, reklam necə olmalıdır? Sizlərə effektiv marketinq, reklam və ictimaiyyətlə əlaqələr ilə bağlı bəzi məsləhətləri verməyə çalışacağıq.

1. Hədəf kütlənizi müəyyən edin.

Sosial şəbəkələr fərdlərin demoqrafik xüsusiyyətlərinə və paylaşımlarına uyğun reklamlar göstərir. Məsələn, müəyyən bir yaş və peşə qrupundakı fərdlər səhifələrində özlərinə xitab edən bir məhsulun reklamını görürlər. Eyni zamanda fərdin oxuduğu və ya kliklədiyi xəbərlərə, reklamlara qısacası meyl etdiyi maraqlara uyğun olaraq reklamlar onların səhifələrində çıxır. Düzgün meyarları təyin etsəniz sizə lazım olan insanlara çatmış olacaqsınız.

2. Şirkətinizi internetə daşıyın.

Firmanızın müştəri və call center xidmətlərini irternet mühitinə daşıyaraq müştəriləriniz üçün daha rahat və əlçatan olarsınız. Müştərilərinizin problemlərini və tələblərini dinləməli, qiymətləndirməli, eyni zamanda səmimi formada cavablandırmalısınız. Bu mühitlərdə əlaqələrin davamlılığı və sıxlığı olduqca önəmlidir. Bir dəfə sizdən razı qalmayan biri növbəti dəfə sizə müraciət etməyə bilər.
Ona görə də qurduğunuz əlaqələrdə həssas olmağa çalışın.

Ən sərfəli kredit üçün müraciət et

3. Sosial medianı yaxından izləyin

Sosial mediada brendinizlə əlaqədar edilən müsbət ya da mənfi şərhləri təqib edə bilərsiniz. Firmanız və ya məhsullarınız barədə ediləcək hər cür müsbət ya da mənfi tənqidə hazır olmalı, nəzakətlə qarşılamalısınız. Unutmayın mənfi rəylər olmalıdı ki, daha da irəliyə gedə biləsiniz. Siz öz səhfinizi görə bilməzsiniz, onu sizə göstərməlidirlər.

4. Sosial Media istifadəçilərinə yönəlmiş kampaniyalar və layihələr hzırlayın

Sosial mediada sizi izləyənlərə yönəlmiş xüsusi müsabiqələr, kampaniyalar təşkil edə bilərinisiz. Bununla izləyicilərinizin sayını artıra və müştəri məmnuniyyəti qazana bilərsiniz.

5. Sosial Medianın imkanlarını kəşf edin

Hər sosial şəbəkənin özünə xas xüsusiyyətləri var və bu xüsusiyyətlər sayəsində siz sizə lazım olanları əldə edə bilərsiniz.  Məsələn, Instagram-da brendiniz ilə əlaqədar fotolar, Linkedin-də işgüzar paylaşımlar, Facebook-da isə brendinizin fanpage-ni yarada bilərsiniz və s. Əsas odur ki, sizə nə lazım olduğunu biləsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et