Brend və brend vədləri | Banco.az

Brend və brend vədləri

Brend istənilən bir müəssisənin ayrılmaz bir hissəsi olmalıdır.

O müştəri sədaqətini formalaşdırır ki, bu da öz növbəsində müəssisənin rəqabətə davamlıq qabiliyyətini möhkəmləndirir. Brend tələbat stabilliyini təmin edir ki, bu da müəssisənin bir sıra bazar amillərindən, o cümlədən məhsulların ümumi satış qiymətinin dayişməsindən asılılığını aradan qaldırır. Cəsarətlə demək olar ki, brend istehsalçını sığortalayır və müştərinin daha çox ödəməyə hazırlığını yaradır. Belə əlverişli şərtlər daxilində müəssisə öz maliyyə effektivliyi yüksəltməyə nail olur və planlama prosesini daha da yaxşılaşdırır. 

Brendi təşkil edən elementlər sırasına daxildir: məhsul dizaynı, zahiri tərtibat, yaxşı düşünülmüş reklam kompaniyası, təşviqat və istehlakçılar ilə bir-başa təmasda və ünsiyyətdə olmaq. İstehsalçı öz fəaliyyəti ilə müştəriyə brend vədləri verərək onda ümidlər (gözləmələr) yaratmalıdır.  

Brend vədləri

Hər hansı bir istehsalçının bazara bu və ya digər yeni məhsul buraxarkən verdiyi vəd ən vacib nüans hesab olunur.

 Biznes sahəsində çalışan hər bir kəs özünə belə bir sual verməlidir:

 «Mənim brendim nə vəd edir?»

Burda bir neçə variant mümkündür, amma ən vacibi - sizin vədinizin özündə nə mahiyyət kəsb etdiyini aydınlaşdırmasıdır. İstehsal edilən məhsul verilən vədlər ilə tam dəqiqliklə üst-üstə düşməlidir, əks halda ortaya münaqişə çıxacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Nəticə

Brendin yaradılması və təşviqatı ilə bağlı işlərin təşkili zamanı, kompaniya öz istehsalının rentabelliyini nəzərə çarpacaq dərəcədə yüksəltməlidir. Bu onunla bağlıdır ki, siz rəqiblərin oynadığı qiymət oyunun əsiri olmaqdan yaxa qurtarırsınız, belə ki sizə olan sədaqəti ilə seçilən müştəriləriniz vardır. Şübhəsiz ki, eyni növ məhsul və xidmətlərin qiyməti və bazarın ümumi vəziyyəti çox vacib faktorlardır, lakin məhz stabil tələbatın mövcudluğu bazardakı neqativ qiymətlər tərəddüdünə qarşı durmağa-müqavimət göstərməyə qadirdir.

Uğurlu müəssisə özünün  sanki «vulkan üzərində» yaşayırmış kimi, həyat tərzi sürməsinə yol verə bilməz. O,  istehlakçı tələbatını düzgün proqnozlaşdırmalıdır ki, xammal ehtiyatı lazım olduğu miqdarda ala bilsin, istehsalı planlaşdırsın və qarşılıqlı tərəfdaşlıq münasibətləri qursun.

Güclü brend və sadiq müştərilər — uğur qapısının açarıdır.

Marketinqdə Fokuslaşma Nədir?

Positioning – mövqeləndirmə

Brend – marketinqin təməlidir

Ən sərfəli krediti almaq üçün müraciət et