Brend logodan hansı hallarda istifadə edə, hansı hallarda istifadə edə bilməz?! | Banco.az

Brend logodan hansı hallarda istifadə edə, hansı hallarda istifadə edə bilməz?!

Logo marka identifikasiyasının vacib bir hissəsidir. Ona görə də onun yaradılması və çox vaxt və səy tələb edir. Çox güman ki, istənilən ağıllı bir şirkət tez-tez istifadə etmədiyi işə görə vaxt və pulunu da itirmək istəməz. Loqo bir çox yerlərdə və hallarda istifadə edilmək üçündür. Loqo markanın rəsmi və ona uyğun olan identifikasiyasıdır.

Hər bir şirkət çalışır ki, loqosunu daha çox yerdə nümayiş etdirməklə, müştəriləri özlərinin mövcudluğu barəsində məlumatlandırsın, eləcə də tanınsın. Bir şirkət, başqalarının diqqətini cəlb etmək üçün loqosunu nümayiş etdirməli olan bir çox yerlər vardır.

Məsələn, mütəxəssislər tövsiyə edir ki, şirkət loqosunun istifadə edildiyi yerlər arasında geyimlər, biznes kart, şirkətin loqosunu özündə əks etdirən ofis ləvazimatları, banner və bilbordlar, əşyaların üzəri, ofisiniz, sosial media səhifəniz, təqdimatınız ola bilər. Əlbəttə ki, bir marka loqosundan yuxarıda adını çəkdiyimiz nüanslardan başqa hallarda da istifadə edə bilər. Bu isə həmin şirkətin marketinq və promosiya haqqında nə qədər yaradıcı düşünə biləcəyi ilə bağlıdır. Düşüncə prosesi başladıqdan sonra, loqonun istifadə olunacağı bir çox hallar yarana bilər.

Bəs hansı hallarda loqodan istifadə edilə bilməz?! Real keys üzərindən:

Son bir aydır ki, ölkəmizdə Qarabağ Müharibəsi gedir. Əlbəttə ki, söhbət müharibədən gedirsə, hər iki tərəfdə itkilərin olması qaçılmazdır. Bu, İkinci Dünya Müharibəsində, I Qarabağ Müharibəsində də belə olub.

İtkilər, əlbəttə ki, çox kədərli haldır və ŞƏHİD olan şəxslərin yaxınları tək çarəni öz təəssüflərini sosial şəbəkə üzərindən paylaşmaqda görür.

Ölkəmizdə olan bəzi brendlər isə Şəhid olan şəxsin fotosunu paylaşır və bu hadisədən öz adından təəssüfləndiyi deyir və ora bir loqosunu da əlavə edir. Düşünürük ki, belə vəziyyətdə şirkətin öz loqosundan istifadə etməsi onu hər kəsin gözündən sala bilər. Əlbəttə, bu halı öz izləyicilərinə çox səmimi şəkildə çatdıran markaları da izlədik. Onlar nə edirdilər, şirkətin əməkdaşı olan şəxsin sadəcə adını açıqlayır və paylaşımlarına insanlara doğmalıq ötürə bilirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Nəzərə alsaq ki, bu sahənin mütəxəssisləri özləri belə qeyd edir ki, QƏLƏBƏ ilə paylaşdığımız postlarda belə loqodan istifadə edilməsin, çünki QƏLƏBƏ belə tək, tək sənin, mənim deyil, bütün ölkənin QƏLƏBƏSİDİR.

İkinci bir nüans isə odur ki, biz düşmənin daim feyk xəbərlərdən qidandığının şahidi oluruq. Ona görə də bizim paylaşdığımız, təəssüflə olsa da qeyd edirik, ŞƏHİD-lərin fotolarından düşmən öz məqsədləri üçün istifadə edir və onlardan video hazırlayaraq öz dırnaqarası xalqına təqdim edir.

Ona görə də, çox həssas bir dövrdə hər kəsi məsuliyyətli olmağa çağırırıq!.

Cənab prezidentimizin də daim öz çıxışlarında vurğuladığı kimi QƏLƏBƏ BİZİMLƏDİR!

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et